Pərəməç — tatar açıq peraşkisi resepti

Müəllif: diablo
Şərhlər: 5
Baxılıb: 1692
Səs ver:
(səs: 1)
Tərkibi:
2 stəkan un
Bir çimdik duz, soda
1 stəkan kefiri
2 yumurta

İçlik hazırlamaq üçün:
Ət
Kartof
Soğan
Duz
İstiot

Hazırlanması:
100 qram kərə yağını əridin, un, duz, soda əlavə edin, qarışdırın. Sonra 2 yumurtanı, 1 stəkan kefiri və ya qatığı əlavə edirik. Xəmir yoğurun, lazım olarsa un əlavə edin. Xəmir pelmeni xəmiri kimi yumşaq olmalıdır.

İçi hazırlayın. Çiy kartofu, soğanı, əti kubik formasında doğrayın. Duz, istiot qarışdırın.

Xəmirdən balaca kökə düzəldin, gürcü xəngəli kimi. Ortasını boş saxlayın. Ortasına hazırladığınız içi qoyun, kənarlarını bükün.

Soba tavasına yağlı kağız sərin, 200 dərəcədə bişirin. 20 dəqiqədən sonra sobaya nəzər salın, peraşkilərin içində maye yaranacaq. Onda hər bir peraşkinin içərisinə bir qədər kərə yağı qoyun və tavanı yenidən sobaya qoyun.

20 dəqiqədən sonra yenidən sobaya baxın. Peraşkilər qızarmağa başlayır, daxilindəki bulyon qaynayır. Peraşkilərin üzərinə yumurta çəkin, qaşıqla içliyi yüngülcə basın.

Daha 15 dəqiqə sobada qızardın, peraşkilər hazırdır. Peraşkiləri bir qazana yığın, qapağını örtün. Soyuyanda yeyə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 5
Baxılıb: 1692
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Şərh sayı: 424
Xəbər sayı: 3
Aisha
Dadlı görünür,bir dəfə sınamaq olar.
4 aprel 2020 14:34
5
Şərh sayı: 12227
Xəbər sayı: 0
tatyana
Gorunus gozel, et yeyenlercun dadida gozel yeqinki
29 fevral 2020 15:41
4
("Günahlarımın bağışlanmasını Allahdan istəyir və Onun hüzurunda tövbə edirəm")
Şərh sayı: 1105
Xəbər sayı: 115
Gül.
Beh-beh dadli gorunur, mende hazirlayacam.
29 fevral 2020 11:58
3
19
Şərh sayı: 971
Xəbər sayı: 13
Army_Blink
Maraqli yemekdi. Dadmaq istedim.)) tewekkur
25 fevral 2020 22:03
2
#**¶ Bu GÜnÜ yAŞa!!! SaBAhI düŞüNMe!
ÇÜnkÜ sABah OLmaYaDA bİlERsEn!!! *¢¶
Şərh sayı: 80419
Xəbər sayı: 30
BARBI
Beyendim.Dadli reseptde benzeyir
24 fevral 2020 17:06
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri