Kərə yağlı pidəli köftə resepti

Müəllif: Sweet Candy
Şərhlər: 5
Baxılıb: 2 751
Səs ver:
(səs: 0)
Tərkibi:
Küftəsi üçün:

500 q yağlı qiymə,
1 ədəd orta boy quru soğan,
1 ədəd yumurta,
2 yemək qaşığı suxarı,
1/2 çay qaşığı duz,
1/2 çay qaşığı istiot,
1/2 çay qaşığı cirə,
4 dəstə cəfəri(arzuya görə),

Servisi üçün:
2 ədəd kiçik boy pidə,
1 kasa qatıq (çırpılmış),

Sosu üçün:
2 yemək qaşığı zeytun yağı,
1 diş rəndələnmiş sarımsaq,
1 su stəkanı rəndələnmiş pomidor

Hazırlanması:
Qızarmış küftələri və pomidor sosunu da pidələırin üzərinə gəzdirərək qısa bir zaman ərzində fırına verib sonra servis edin.
Köfteni hazırlamaq üçün quru soğanı rəndənin incə gözundən keçirin.
Küftəyə əlavə edəcəyiniz rəndələnmiş soğanın suyunu süzün ki, köftələriniz bişərkən dağılmasınlar.
Ayrıca köftənin bişərkən dağılmaması üçün soyuducuya da qoyulması çox vacibdir.
Köftənin içərisinə istədiyiniz ədviyyatları qata bilərsiniz.
Az miqdar döyülmüş dəfnə yarpağı da qata bilərsiniz.
Köftələrin içərisinə holland pendiri də əlavə edə bilərsiniz.
Qızarmış köftələri və pomidor sosunu da pidələırin üzərinə gəzdirərək qısa bir zaman ərzində fırına verib sonra servis edin.
Ayıqladığınız cəfəri yarpaqlarını incə-incə doğrayın.
Orta yağlı qiyməni qarışdırma qabına alın.
Yumurta, rəndələnmiş quru soğan, suxarı unu, doğranmış cəfəri və ədviyyatları yoğurmaya başlayın.
Sonra isə istədiyiniz böyüklükdə parçalar ayırıb ovuc içində yuvarladıqdan sonra yastılayaraq köftələr halına salın.

Pomidor sosu üçün:
Zeytun yağını kiçik bir tavada qızdırın.
Rəndələnmiş sarımsağı əlavə edib qarışdırdıqdan sonra rəndələdiyiniz pomidorları qatın.
Artıq suyunu çəkənə qədər vam odda bişirin.
Hazırladığınız köftələri yanmaz yapışmaz tavada tərs düz edərək qızardın.
Kiçik -kiçik doğradlğınız pidələrin üzərinə kərə yağı sürtərək azacıq fırına verin.
Servis əsnasında istifadə edəcəyiniz qatığı yaxşıca çırpın.
Fırından aldığınız pidələri servis tabağına yığın.
Qızarmış köftələri üzərinə düzün.
Hazırladığınız pomidor sosla pidələri dadlandırın.
Üzərinə əridilmiş kərə yağı gəzdirin.
Arzu edənlər qatıq əlavə edə bilər.
Bəziləri kəklikotu və pul bibər də istifsadə edə bilərlər.
Pidələri kəklikotu və pul bibər olmadan da servis edə bilərsiniz.
Közlənmiş uzunsov bibər və pomidor da əlavə edərək servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 751
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri