Ev şəraitində lahmacun resepti

Müəllif: Sweet Candy
Şərhlər: 9
Baxılıb: 8 031
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmir üçün:

5 stəkan un,
0,5 paket maya,
ilıq su,
duz,

İçlik üçün:
0,5 kq qiymə.
3-4 ədəd pomidor,
2 ədəd baş soğan (rəndələnmiş),
Duz,
Cəfəri (istəyə görə),
Kəkotu (istəyə görə),
Qırmızı toz bibər (istəyə görə),

Salat üçün:
Cəfəri,
Soğan,
Limon,

Bişirmək üçün:
Maye yağ

Hazırlanması:
Ev şəraitində lahmacun bişirmək üçün un, maya və duzu qarışdırıb, ilıq su ilə xəmir yoğrulur.
Xəmir yoğrulduqdan sonra xəmiri dincəlib özünü tutması üçün yarım saat – 1 saat arası dincəldirik.

İçlik hazırlamaq:
Ev şəraitində lahmacun xəmiri gözlədilirkən içliyi hazırlayırıq.
Bunun üçün qiymə, ədviyyatlar, kiçik doğranmış pomidor və rəndələnmiş soğan, duz bir-birinə qarışdırılır.
Sonra xəmiri yumurta böyüklüyündə kündələrə ayırırıq.
Kündələrin yapışmaması üçün masanı unlayırıq.
Sonra evdə lahmacun kündələrini açırıq.
Yayılmış evdə lahmacun yuxasının birinin üzərinə hazırladığımız içliyi bərabər şəkildə yayırıq.
Sonra bir başqa yuxa ilə bunun üzərini örtürük.
Eyni qayda ilə bütün evdə lahmacun xammallarını hazırlayırıq.
Qiymənin hər iki yuxaya da yaxşı yapışması üçün biraz gözləyirik.
Geniş bir tavaya yağ qoyuruq.
Tava isindikdən sonra evdə lahmacun bu tavanın içərisinə qoyulur.
Vam odda bişir.
Tavanı ocağın geniş gözünə qoymaq lazımdır ki, tavanın hər tərəfindən bərabər şəkildə istilik gəlsin və evdə lahmacun yanmasın.
Lahmacunun bir üzü bişdikdən sonra ehtiyatla çevirib ikinci üzünü də bişiririk.
Bişdikdən sonra evdə lahmacunu bir qaba kağız səririk və onun üzərinə qoyuruq.
Süfrəyə verilərkən iki qat lahmacun yuxası bir birindən ayrılır və içərisinə hazırladığımız göyərti və soğan qoyularaq süfrəyə verilir.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 8 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri