Kartoflu Börək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 10 797
Səs ver:
(səs: 2)

 

Lazımlı vəsaitlər
6 dənə hazır kövrək
1 kiloqram kartof
2 dənə quru soğan
Bir şirin qaşığı sous
3 yemək qaşığı qatıq
3 yemək qaşığı zeytun yağ
Kifayət qədər duz
1 yumurta
Hazırlanması
Kartofları qaynadın və qabıqlarını soyub əlinizlə bir qabın içinə parçalayın. Bir qazanın içinə zeytunyağı qoyub qızdırın
İçinə küp küp doğranmış quru soğanları, sousu və kifayət qədər duzu əlavə edib 1 dəqiqə qarışdıraraq, soğanları çox öldürmədən qovurun. Parçaladığınız kartofları soğanların içinə atın və 5 dəqiqə qarışdıraraq qovurun və ocaqdan alın. Hazır kövrəklərin birincisini açın. Bir kabın içinə zeytun yağ və qatığı qoyub bir çay qaşığı da duz səpib qarışdırın. Bu qarışığı birinci kövrəyə fırça ilə sürün.
Kövrəyin üzərinə, kartoflu xərci əlinizlə ya da qaşıqla gəzdirərək tökün və kövrəyi rulo edərək sarın. Qalan 5 kövrəyi də eyni şəkildə, kartoflu xərci paylaşdıraraq rulo halında sarın. Soba nimçəsini yağlayın. Rulo halındakı birinci kövrəyi, nimçənin ortasına pişiyin ətrafından dolayaraq qoyun. İkinci kövrəyi, birinci kövrəyin ətrafında dolayaraq qoyun. Digər kartoflu kövrəkləri də eyni şəkildə bir-birinin ətrafına dolayaraq qoyun. Üzərinə qatıqlı, yağlı qarışıqdan sürün və bir yumurtanın sarısını da sürüb, əvvəldən isidilmiş 170 dərəcəlik sobada üzəri yaxşıca qızarana qədər bişirin. Sobadan çıxardıqdan sonra xoş ətirli iy verən kartoflu böreğin ılımasını gözləyin və kvadrat-kvadrat kəsərək xidmət edin. Nimçəyə dolama şəklində qoyduğunuz üçün kəsərkən kvadrat-kvadrat kəsdiyinizdə dağılma ehtimalı olmur. Nuş olsun

 

 

Tərcümə etdi: PRETTY GİRL

Redakte etdi: PRETTY GİRL

(səs: 2)
Şərhlər: 1
Baxılıb: 10 797
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri