Gözləmə - RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 178
Səs ver:
(səs: 1)

Ərzaqlar:
3 fincan un 
0,5 st. qatıq zərdabı (qatığı kəsərkən çıxan suyu)
su
1 ç.q. duz
İç: 
3 kartof
1 soğan 
cəfəri 
qırmızı istiot
qara istiot 
duz
Üzərinə: 
kərə yağı 
Hazırlanması:
Xəmir üçün lazım olan ərzağı qarışdırıb yoğurun. Gözləmə xəmiri yumşaq, elastik olmalıdır. 7 kündə tutub aş boşqabı böyüklüyündə yayın. 
İç üçün:
 

Çiy kartofu çips nazikliyində doğrayın. Soğan və cəfərini xırda doğrayıb kartofun üzərinə səpin. Duz, qara və qırmızı istiot əlavə edib qarışdırın. Yaydığınız yuxaların içinə qoyun, aypara kimi bükün. Gözləmələri sacın üstünə qoyun, vam odda içi bişənə qədər bişirin (kartof çiy olduğu üçün yaxşı bişirilməlidir). Bişmiş gözləmələrin üzərinə kərə yağı çəkin. 
Nuş olsun!

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri