Makaronlu toyuq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 11 700
Səs ver:
(səs: 1)


Ərzalqlar:
• Makaron
• toyuğun döş əti
• doğranmış göbələk
• Pomidor (1)
• Soğan (1)
• xama (2x.q)
• un (2ç.q)
• Su (2 st)
Hazırlanması:
Əvvəlcə makaronları suda bişiririk. Sonra toyuğun döş ətini uzun-uzun doğrayıb yağda qızardırıq. Sobanın qabına əvvəlcə makaronun yarısını tökürük, sonra toyuq ətini üzərinə düzürük. Ayrıca bir tavada göbələkli sous bişiririk.

Göbələkli sousun bişirilmə qaydası: Soğan nazik uzun doğranır və göbələklərlə birlikdə yağda qızardılır. (Dogranmış hazır satılan turşu göbələkdən istifadə etmək olar. Əvvəlcə suda yuyun ki, turşuluğu çıxsın) qızardıqdan sonra üzərinə un əlavə edib qovururuq. Pomidoru xırda-xırda doğrayıb üzərinə əlavə edirik. Sonra su, duz zövqə görə istiot vurub bişiririk.
Sous bişdikdən sonra soba tavamıza əlavə edirik, üstündən makaronları tökürük və bir də üzərini sousla örtürük. Ən sonda holland pendirini surtgəcdən keçirib yeməyimizə qatırıq və sobaya yerləşdiririk.
(səs: 1)
Şərhlər: 0
Baxılıb: 11 700
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri