Sağlıqlı Yemək Bişirmənin Yolları

Müəllif: NIGAR_CAVAD
Şərhlər:
Baxılıb: 2069
Paylaş:
Səs ver:
(səs: 0)

Sağlıqlı Yemək Bişirmənin Yolları

 Mətbəxinizdə sağlam yemək bişirmə təməl prinsipsə, ləzzət və sağlamlığı eyni anda yaxalamaqda çətinlik çəkir də ola bilərsiniz. Sağlamqidalanma qanunlarını güdürsünüzsə bu təkliflərə mütləq nəzər salın.

 Ayrıca bir də kilo verməyə çalışırsınızsa mətbəxdə nə bişirəcəyinizi təşkil etmək yaxşıca çətinləşmiş deməkdir.
Qidaları doğru bişirirsinizmi?
Mətbəxdə daha aşağı yağ və kalori üçün sağlam qidalanma ümumi qanunlarını və evdəki uşaqları da düşünərək 25 fərqli təklif hazırladıq.
Tərəvəz yeməyi edərkən, bir kilo tərəvəzə iki yemək qaşığı duru yağ qoyun. Ətli tərəvəz yeməklərində isə  yağ əlavəsi etmənizə ehtiyac yoxdur.
Bişirərkən yağda qızartma, qovurma yerinə qaynatma, sobada qızartma və ya sulu istilikdə bişirmə üsullarını istifadə edə bilərsiniz.
Yeməklərə ləzzət vermək üçün yalnız yağa və sousa diqqət yetirin. Tərəvəz və ədviyyatlarla fərqli dadlar yaradın.
Sous və şorbaları krem yerinə aşağı yağlı südlə bişirin.
Evdə duzu və yağı daha az istehlak etməsi lazım olan fərd varsa hər kəsə eyni qazanda yemək bişirin. Daha sonra bir miqdar ayırıb duz və yağ əlavə edin.

Peçenyelərə şəkər əvəzinə quru meyvə qoyun
Peçenye və kekslərdə şəkər yerinə quru meyvə və ya az miqdarda bəkməz təcrübə edin.
Dondurulmuş kartofu qızartmaq yerinə bir də dobada bişirməyi təcrübə edin.
Yemək bişirməyə zamanınız yoxsa tərəvəzi qaynadıb salata qarışdırın və ya qatıqla təcrübə edin.
Keks və ya peçenyelərdə yağı azaltmaq üçün yağsız süd seçin.
Qızartmanızı yalnız et, toyuq və balıq üçün deyil, pomidor, bibər, balqabaq, göbələk, soğan daxil digər bütün tərəvəzlər üçün təcrübə edə bilərsiniz.

Toyuğu qaynatdıqdan sonra yağını alın
Tavaya yağ qoymadan bişirmə etmək istəyirsinizsə bir az su damladın və batıq atəşdə bişirmə üsulu tətbiq edin.
Sobada yağsız bişirmə üçün yağlı kağızdan faydalanın.
Toyuğu qaynatdıqdan sonra suyunu, üzərindəki yağı götürüb daha sonra tərəvəz və ya şorbalarınıza əlavə edə bilərsiniz.
Bir yumurta və iki yumurta ağını qarışdırın. Tavaya yağ yerinə çox az su qoyub tərəvəzlərlə birlikdə bişirin.
Kartofu qızartmaq yerinə sobada südlə bişirmək uşaqlarınız üçün çox daha yaxşı bir seçkidir.
Yulaf, kəpək unu və quru meyvələrlə öz müslinizi hazırlaya bilər, fındıq, qoz, badam qata.
 Darçın şəkər ehtiyacını azaldar meyvə salatı, bitki çayları və südünüzün içinə əlavə etməyi təcrübə edin.
Evdə mütləq təzə tərəvəz və meyvə saxlayın. Uşağınızın atıştırma vərdişi varsa xiyar, kök və kiçik pomidorlara fərqli şəkillərdə ona təqdim edin.
Tərcümə və Redaktə Etdi:N E L L I

loading...
(səs: 0)
Şərhlər:
Baxılıb: 2069
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook