Ədviyyatlı qiymə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 390
Səs ver:
(səs: 1)

Ərzaqlar:

Dana farşı – 500 q
Pomidor - 3 ədəd
Baş soğan – 1 ədəd
Sarımsaq – 4 ədəd
Qatıq – 250 q
Bitki yağı 
Hil – 8 ədəd
Yumru qara istiot – 10 ədəd
Mixək – 8 ədəd
Cirə - 1ç.q
Zəncəfil - 1ç.q
Sarıkök - 1ç.q
Duz
Hazırlanması:
Xırda doğranmış baş soğan və sarımsaq bitki yağında qızardılır, üzərinə ədviyyatlar əlavə edilib qarışdırılır. Qarışığa ət farşı, daha sonra xırda doğranılmış pomidor əlavə olunub birlikdə qovrulur. Yeməyə yarım stəkan su əlavə edilir və zəif odda 35 dəq bişirilir. Ən sonda hazır olmuş yeməyə qatıq və duz əlavə edilir, qarışdırılır və odun üzərindən götürülür. Bu dadlı yemək adətən dəmə qoyulmuş ispanaqlı düyü ilə yeyilir.
Nuş olsun!

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 5 390
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri