++++++++++++++++++++++Moruqlu Cheesecake

Müəllif: Pure Love
Şərhlər: 0
Baxılıb: 3 987
Səs ver:
(səs: 0)



Tərkibi:

1 paket kəpəkli biskvit
2 yemək qaşığı əridilmiş kərə yağı
1 paket krem pendir (200 qram)
1 su stəkanı toz şəkər
1 su stəkanı qatıq
2 ədəd yumurta
2 yemək qaşığı un
1 limon qabığı rəndəsi
1 çay qaşığı vanil


Sousu üçün:

2 yemək qaşığı əridilmiş kərə yağı
1 çay stəkanı toz şəkər
1 ədəd yumurta
1 çay qaşığı limon qabığı rəndəsi
5 yemək qaşığı püre halına gətirilmiş moruq

Hazırlanması:

Biskviti mətbəx robotundan çəkib un halına gətirin. İçinə ərinmiş kərə yağı əlavə edib yoğurun.
Biskvit xəmirini yaxşıca sıxaraq kiçik keks qəliblərinə ya da orta boy soba nimçəsinin döşəməsinə döşəyin. Soyuducuda 30 dəqiqə gözlədin.
Pendir və qatığı dərin bir qaba əlavə edib mikserlə çırpın. Şəkəri əlavə edib püre halı əldə edənə qədər çırpmağa davam edin.
Yumurtaları qarışığa əlavə edib, yavaşca çırpın. Un, vanil və limon qabığı rəndəsini əlavə edib qarışdırın.
Biskvit xəmirini soyuducudan çıxarıb üzərinə pendirli kremi yaxın. Əvvəldən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.
Keksi soyutmaq üçün soyuducuya qoyun. Sousunu hazırlamaq üçün kiçik bir qazana sous vəsaitlərini əlavə edin.
İçi su dolu bir qabın içinə yerləşdirib, Benmari üsulu qarışdıraraq bişirin. Sousun soyuması üçün kənara qoyun.
Servis edəcəyiniz zaman cheescake' in üzərinə sousunu tökün. Üzərini moruq dənələri ilə bəzəyib servis edin.


Nuş olsun! nyam
(səs: 0)
Şərhlər: 0
Baxılıb: 3 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri