Rəngli plov

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 2 750
Səs ver:
(səs: 0)
Vəsaitlər
2 stəkan uzun düyü
1 stəkan kərə və ya zeytun yağı
1 ədəd kəsmə şəkər
1 pomidorun püresi
1 dəstə doğranmış dərəotu
1 dəstə doğranmış kərəviz
1 dəstə təzə nanə
1 stəkan suda bişmiş yaşıl paxla
1 stəkan suda bişmiş noxud
0,5 stəkan qaynanmış qarğıdalı
1 limonun suyu
1 xörək qaşığı quşüzümü
1 çay qahığı qara bibər
Duz


Hazırlanması

Düyünü duzlu suda bişirib  40-45 dəqiqə saxlayandan sonra normal plov bişirin. Bişmiş plovu 3 bərabər hissəyə ayırın. İlk ayrılmış hissəni pomidor püresi ilə qarışdırın, ikinci hissəyə göyərtini əlavə edin, üçüncü hissəni paxla, qarğıdalı və noxudla qarışdırın.
Ortası dəlik kek qabını streç ilə örtəndən sonra yarımfabrikat plovu ayrı-ayrı qablara doldurun, üstünü streçlə qapatın, soyuducuda 30 dəqiqə saxlayın. Bundan sonra plovu soyuducudan çıxarın, qabı boşqaba tərs çevirərək masaya qoyun. Plovun üstünü istədiyiniz kimi bəzəyə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 750
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri