Yarım kq quzu əti
4 ədəd kiçik kartof
2 ədəd kök
3 ədəd orta boy soğan
2 şorba qaşığı kərəyağ
1 şorba qaşığı sous
Yarım dəstə cəfəri
Duz, Qara bibər, kəklik
2 su stəkanı isti su
Hazırlanışı:
Quzu ətlərini yuyub qazana alın. Suyunu çəkincəyə qədər qovurun. Üzərinə 2 şorba qaşığı kərəyağını əlavə edin. Soğanları nazikdoğrayıb əlavə edin. 5 dəqiqə daha qovurun, 1 şorba qaşığı sousu əlavə edin.
Bütün tərəvəzləri kiçikcə doğrayıb ətlərə əlavə edin. 3-4 dəqiqə daha qovurun. Qaynamış suyu əlavə edin. Duzu və ədviyyatı qatın. Yarım saat bişirin.
Ocaqdan götürmədən əvvəl üzərinə xırda doğranmış cəfəri səpin. Qaynadılmış kartofla süfrəyə verin.