++++++++++++++++++2 Ləziz Təam.

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 032
Səs ver:
(səs: 0)
Künəfə.

Tərkibi:
500 g tel kadayıf.
250 g tərə yağı.
Zövqünüzə görə və istədiyiniz qədər pendir əlavə edə bilərsiniz.

Şərbəti üçün:
2 su stəkanı toz şəkər.
2 su stəkanı su.
Bir neçə damla limon suyu.

 

Hazırlanması:
Əvvəlcə şərbətini hazırlayın, soyumağını gözləyin.
Tel kadayıfları incə açıb parçalayın, tərəyağını əridin, kadayıfı yaxşıca yağlayın, yanmaz tavaya yarısını yerləşdirin. Üstünə yaxşıca basın və onun üstünə pendir yerləşdirin, onun üstünə də qalan kadayıfları yerləşdirib üzərinə basın. Ocağı az xodda qoyun və yavaş-yavaş ilk öncə altını, sonra boşqab köməkliyi ilə çevirib üstünü bişirin. Bişdikdən sonra soyuq şərbəti üstünə tökün. Daha sonra xidmət edə bilərsiniz.


Tiramusu.

Tərkibi:
- 1 hazır (iki qatlı) kakaolu kek.
- Yarım litr süd (2,5 su stəkanı dolusu).
- 3 yemək qaşığı un.
- 1 yumurta.
- 200 gr (1 qutu) pendir.
- 4 yemək qaşığı toz şəkər. 
- Kakao.

 

Keki islatmaq üçün:
- 3/4 su stəkanı isti suya karışdırılmış 2 şirniyyat qaşığı qəhvə.

Hazırlanması:
Südü, unu, yumurtanı və toz şəkəri qazana qoyub, pudinq kimi qarışdıraraq, bişirin. Biraz soyuduqdan sonra içinə pendir əlavə edib, mikser ilə qarışdırı. Qəhvə ilə qarışdırdığımız isti suyun yarısıyla, kekin alt qatını isladın. Kremin yarısını buraya yayın. Kekin digər qatını da isladaraq, kremin üzərinə qoyun. Qalan kremi tortun üzərinə tökün. Otaq temperaturunda bir müddət gözlətdikdən sonra, soyuducuya qoyun. Xidmət etməzdən əvvəl, kremin üzərinə bir çay süzgəci köməyilə kakao səpin.

 

Nuş olsun! love
 
(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 032
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri