+++++++++Pendirli Açma

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 5 449
Səs ver:
(səs: 0)
Pendirli Açma

Pendirli Açma ; Naharda yumşaq açma yemək istəyərsinizmi? Sizə dadı damağınızda qalacaq bir tərif.
 
Vəsaitlər
4 su stəkanı un (500 qram)
50 qram marqarin ( otaq istiliyində yumşalmış )
2 yemək qaşığı şəkər
1 şirin qaşığı duz
1 yemək qaşığı quru maya
1,5 su stəkanı ilıq su
1 yumurta sarısı ( üzərinə sürmək üçün )
1 yemək qaşığı kökə otu

İÇİ ÜÇÜN:

1 su stəkanı ağ pendir
150 marqarin (otaq istiliyində yumşalmış)

 Hazırlanması
Unumuzu yoğurma qabına alıb, ortasını açaq.
İlıq suyu mayanı və şəkəri əlavə edib 5 dəqiqə qədər gözlədək.
Marqarin və duzuda əlavə edib yaxşıca yoğuraq.
Yoğurulan xəmirimizin üzərinə bir mətbəx dəsmalı örtüb yarım saat istirahət etdirək.
İstirahət edən xəmirimizdən 12 ədəd bezə edək.
Bezelərə oval şəkil verək.
Hər bir bəzənin üzərinə basdıraraq yastılaşdırıb içlərinə 1 şirin qaşığı marqarin 1 şirin qaşığıda pendir qoyub şəkildə görüldüyü kimi rulo şəkildə qucaqlayaq.
Digər bezelerədə eyni əməliyyatı etdikdən sonra üzərlərinə dəsmal bağlayıb 15 dəqiqə daha istirahət etdirək.
Müddətin sonunda rulolarımızı dəzgahın üzərində içindəkiləri çölə daşıyarmayacaq şəkildə uzadıb istər simit istərdə ikiyə qatlayıb burğu şəkli verək.
Yağlı kağız sərdiyimiz soba nimçəsinə düzüb üzərlərinə yumurta sarısı sürtüb kökə otu səpək.
Əvvəldən 180 dərəcədə isidilmiş sobaya verək.
Təxminən 25-3o dəqiqədə bişir.
 
Tərcümə etdi:
PRETTY_GİRL

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 5 449
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri