Sobada bişmiş tərəvəzli toyuq hazırlamağı öyrənək

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 5 969
Səs ver:
(səs: 0)


Sobada bişmiş tərəvəzli toyuq hazırlamağı öyrənək..Vəsaitlər:

 

1 toyuq

1 limon

2 kök

4 diş sarımsaq

4-5 soğan

5-6 pomidor

Yarım kq konserv göy noxud

2 iri kartof

Kəklik

Qara bibər

Pul bibər

Duz

Zeytunyağı

 

Toyuğu yaxşıca yuyub limon suyuyla ovun.

Kökləri soyub böyük parçalara dilimlənin.

Kartofları iri kvadrat halında doğrayın.

Sarımsaqları və soğanları soyub ikiyə bölün.

Pomidorları da əlavə edərək bütün tərəvəzləri qarışdırın.

Ədviyyatları, duzu, zeytunyağını və bir neçə damla limon suyunu qarışdırıb toyuğun hər tərəfinə bu qarışığı vurun.

Soba paketinin içini unlanın, toyuğu və tərəvəzləri paketə yerləşdirin. Paketi bir neçə yerindən deşib ağızını möhkəmcə bağlanın.

Əvvəldən isidilmiş 210 dərərcədə olan sobada təxminən 45-50 dəqiqə bişirin.

Bişincə paketdən çıxarıb bir neçə dəqiqə daha sobada saxlayın (beləcə toyuğun üzəri də qızarmış olacaq).



(səs: 0)
Şərhlər: 0
Baxılıb: 5 969
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri