Qırmızı Mərci Şorbası (Foto Resept)

Müəllif: NoName
Şərhlər:
Baxılıb: 5405
Paylaş:
Səs ver:
(səs: 2)

Oxucularımın çoxsaylı istəklərini nəzərə alaraq, bu gün onlara Türk mətbəxinin ən çox sevilən şorbası olan Mercimek Çorbasının necə hazırlanmasını izah edəcəyəm. Bu şorba Türkiyənin müxtəlif yerlərində bir az fərqli qaydada bişirilsə də, içində istifadə olunan ərzaqların hamısı, demək olar ki, eynidir. Bəzi yerlərdə buna  müxtəlif ədviyyalar da qatırlar. Mənim bişirdiyim üsul Türkiyədə daha çox bilinən üsuldur. Sizə iki resept verirəm. Aralarındakı fərq cüzidir. İstədiyinizi seçib, bişirin. Mən hər ikisini də bəyənirəm.


Qırmızı Mərci Şorbası (Foto Resept)


Qırmızı Mərci Şorbası (Kırmızı Mercimek Çorbası)

4 porsiya üçün nəzərdə tutulub

1 stəkan  qırmızı mərci
1 ədəd orta boy soğan - xırda-xırda doğrayın
1 ədəd orta boy yerkökü  - xırda-xırda doğrayın
1 ədəd orta boy kartof - xırda-xırda doğrayın
1 xörək qaşığı tomat (tomat pastası)
6 stəkan su
zövqə görə duz
zövgə görə istiot (şorbanın acı olmasını istəyirsinizsə, bir az acı qırmızı pul bibər əlavə edin)
1-2 qaşıq yağ

Üstü üçün (bu zəruri deyil və şorbanın süfrəyə verəndə gözəl görünməsi üçün edilir -  şəkildəki kimi)
2 x. qaşığı kərə yağı və yaxud zeytun yağı
1/3 çay qaşığı qırmızı şirin bibər tozu (paprika)


Qırmızı Mərci Şorbası (Foto Resept)


Süfrəyə vermək üçün:
limon
çörək

Variant 1:

Mərci, soğan, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Orta  odda üstünü örtmədən təxminən 20-25 dəqiqə ərzində bişirin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun. Şorbanızın daha ləzzətli olması üçün yağ əlavə edib qarışdırın. Dİyetik şorba istəyirsinizsə, onda yağa gərək yoxdur.

Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozunu yağa əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan bir az qabdakı şorbalara  tökün.

Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.

Variant 2:

Mərci, kartof, yerkökü və suyu bir qazana qoyub qaynadın. Bu vaxt soğanı yağda bir az qızardın. Üstünə tomatı əlavə edib, qarışdıra-qarışdıra bişirin. Sonra bu qarışığı mərci olan qazana tökün. Qoyun hamısı bir yerdə yumuşalanadək bişsin. Bu müddət ərzində şorbanın üzünə kəf çıxarsa, kəfi yığın. Tez-tez qarışdırın ki, dibi yanmasın. Ərzaqlar yumuşalanda, blenderdən keçirin ki, püre halına gəlsin. Duz və istiot vurun.

Şorbanı qablara tökün. Üstünü bəzəmək istəyirsinizsə, balaca tavada yağı qızdırın. Qızan kimi, şirin bibər tozu əlavə edin (fışıldamalıdır). Sonra isə bu sousdan hər qaba bir az tökün. Şorbanın üstünə limon sıxıb, çörəklə yeyin.

QEYD 1: Bu şorba qaldıqca qatılaşır. Üstünə su əlavə edib qarışdırın.

QEYD 2: Əgər blenderiniz yoxdursa, onda ərzaqları ya kartof əzənlə əzin, ya da heç əzməyin. Belə halda kartof və yerkökünü sürtkəcin iri dişlərindən keçirin ki, bişəndə ərisinlər.

Afiyət Olsun!


loading...
(səs: 2)
Şərhlər:
Baxılıb: 5405
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv