Şaurma (user Xratuginanın istəyi)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 13
Baxılıb: 7 445
Səs ver:
(səs: 6)

Ərzaqlar:
Toyuğun döş əti
3 pomidor
Kələm
3 yaşıl xiyar
3 duzlu xiyar
3-4 yerkökü
10 ədəd lavaş
4 xörək qaşığı smetan
4 xörək qaşığı qatıq
4 xörək qaşığı mayonez
6-8 diş sarımsaq
Qara istiot, qırmızı istiot, ketçup
Ədviyyat və göyərti zövqə görə (keşniş, şüyüd, cəfəri)

Şaurma üçün sarımsaqlı sous:
Sarımsağı təmizləyib sürtkəcdən keçiririk. Bura ədviyyatlar, azca şüyüd, mayonez və qatıq əlavə edilir. Zövqə görə sirkə də əlavə edə bilərsiniz. Yaxşıca qarışdırıb dadın tam qarışması üçün yarım saat saxlayırıq.

Hazırlanması:
Toyuğun döş ətini 20 dəqiqə qaynadırıq, sonra ədviyyat, duz, istiot əlavə edərək tavada qızardırıq. Kələmi xırda-xırda doğrayırıq. Yerkökünü sürtkəcdən keçirib kələmə qatırıq. Eləcə də xiyar-pomidoru nazik doğrayıb hazırlayırıq. 
Sonra lavaşı qoyub üzərinə sous çəkib hazırladığımız ərzaqları sıra ilə düzürük. Əvvəl kələm və yerkökü qarışığını, sonra əti qoyub üzərinə göyərti əlavə edirik. Sonra da nazik doğranmış pomidor və xiyarı düzürük. Sonda üzərinə ketçup gəzdirib lavaşı bükürük. Sobada (mikrovalnovka) qızdıra bilərsiniz.

Nuş olsun!

(səs: 6)
Şərhlər: 13
Baxılıb: 7 445
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri