Penovani

Müəllif: Wiyinka
Şərhlər:
Baxılıb: 6368
Paylaş:
Səs ver:
(səs: 8)
Tərkibi: 
550 q un 
400 ml 3,2%-li süd 
60 q kərə yağı
2 yumurta
300 q suluquni 
300 q imeretiya pendiri
10 q şəkər tozu
5 q quru maya 
10 q iri duz
Hazırlanması :
Mayanı bir qədər isti süddə əridin, şəkər tozu, 1 yumurta, azca un (xama qatılığınadək) əlavə edib qarışdırın, yarım saat isti yerdə saxlayın. Barata qalxanadək unun yerdə qalanını ələyin, iri duz və 20 q kərə yağı ilə qarışdırın. 
Barata qalxan kimi onu yağla qarışdırılmış una əlavə edin, südün qalanını da töküb çox bərk olmayan xəmir yoğurun. Qida plyonkasına büküb soyuducuya qoyun. 1,5 saatdan sonra, xəmir artandan sonra, çıxarıb 70 q-lıq kündələrə ayırın. 
Çörək taxtasının üstünə un səpib kündələri kvadrat formasında yayın. Yaydığınızı ikiqat qatlayıb yenə nazik yayın. Bu proseduru üç dəfə təkrarlayın. Əgər lavaş yapışırsa, azca un səpin. 
Pendiri iri hissələrə doğrayıb sürtgəcdən keçirin. 20 q kərə yağı, 1 yumurta əlavə edib yaxşıca qarışdırın (qarışıq çox hamar, eynicinsli olmamalıdır). Yaydığınız kvadratların ortasına qoyub zərf kimi bükün. 
220 dərəcə qızdırılmış sobada 15-20 dəqiqə bişirin. Yağın qalanını əridib hazır penovanilərin üzərinə fırça lə çəkin. 
Əgər belə xəmiri hazırlamağa vaxtınız yoxdursa, hazır xəmirdən istifadə edə bilərsiniz. 

Nuş olsun! 11

loading...
(səs: 8)
Şərhlər:
Baxılıb: 6368
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Bəs sizin bürcünüz nədir?

Qoç
Buğa
Əkizlər
Xərçəng
Şir
Qız
Tərəzi
Əqrəb
Oxatan
Oğlaq
Dolça
Balıqlar

 
 

Qadın testləri

Aylıq arxiv