Göbələkli kartof yuvaları

Müəllif: Wiyinka
Şərhlər: 7
Baxılıb: 3 381
Səs ver:
(səs: 4)
Yuvalar üçün
1 kq kartof
2 yumurta
1 x.q. kərə yağı
100 ml isti süd 
İç üçün
200 q şampinyon
1 iri baş soğan 
Sürtgəcdən keçirilmiş pendir 
Duz(zövqə görə)
1 çimdik qara istiot 
1 çimdik Provans otları 
Hazırlanması
1. Təmizlənmiş kartofu iri doğrayıb qazana yığın, qaynar su və duz əlavə edin, hazır olanadək bişirin. 
2.Suyunu süzün, süd, kərə yağı əlavə edib püre hazırlayın, yumurta vuraraq mikserlə çalın. 
3.  Göbələyi təmizləyib yuyun, saman kimi doğrayın. 
4. Soğanı təmizləyib yarımhalqa doğrayın. 
5. Göbələyi və soğanı bitki yağında qızılı rəng alanadək qovurun. Azca duz, qara istiot və italyan otları əlavə edin. 
6. Kartofu konditer torbasına doldurun. 
7. Yağlanmış və perqament döşənmiş siniyə torbadan yuvalar  çıxarın: əvvəlcə yumru dib hazırlayın, sonra isə bir lay qırağına divar qoyun. 
8. İçinə göbələkli iç doldurun, üzərinə pendir səpin. 
9. 180 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin. 

Nuş olsun!
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 381
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri