Badımcanlı pendirli pide

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 536
Səs ver:
(səs: 4)
Ərzaqlar:
4 stəkan un
Yarım paket yaş maya
1 çay qaşığı duz
Ala bildiyi qədər ilıq su
 
İçlik üçün:
5 ədəd orta boy badımcan
2 ədəd pomidor
2 ədəd yaşıl bibər
100 qr ağ pendir
Yarım stəkan duru yağ
Duz-istiot
 
Üzəri üçün
150 qr holland pendiri
 
Hazırlanması:
 Dərin qaba unu və duzu tökürük. Ortasına yaş mayanı və ilıq suyu əlavə edib yumşaq xəmir yoğururuq.
Yoğurduqdan sonra 2-3 dəqiqə xəmiri dincəlməyə qoyuruq. İçliyimizi hazırlamaq üçün badımcanları sobada közlüyürük.
Qabıqlarını soyub süzgəcdə suyu   biraz çıxana qədər gözlədirik. Sonra badımcanları kub-kub doğruyuruq.
Eyni şəkildə pomidoru, yaşıl bibəri də doğruyuruq. Parçalanmış pendiri, duz-istiotunu, duru yağı əlavə edib qarışdırırıq və içliyimiz hazırdı.
Xəmiri 8 hissəyə bölüb uzunsov formaya salıb ortasını aralayırıq.
İçliyimizi bərabər şəkildə xəmirin ortasına əlavə edib kənarlarını birləşdiririk.
Sonra pidələrin üzərinə holland pendiri əlavə edirik.
Əvvəlcədən isidilmiş sobada 230 dərəcədə 10-12 dəqiqə bişiririk.
Bişdikdən sonra pidələrinizin parlaq görsənməsini istəyirsinizsə  sobadan götürdükdən sonra xəmirin kənarlarına duru yağ sürtə  bilərsiniz.
 
Nuş olsun qızlar!
 
/Mənbə."Oktay usta ilə lezzet yolculuğu" kitabından/
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 6 536
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri