Fransızsayağı calzones resepti

Müəllif: Narın Yağış
Şərhlər: 3
Baxılıb: 5 300
Səs ver:
(səs: 2)
Tərkibi:
Xəmir üçün:

1 ç.q şəkər tozu
1 x/q quru maya
2 ç.q duz
1 ½ fincan isti su
2 x.q "Zeytun Bağları" zeytun yağı
Un

İçlik üçün:

500 q kolbasa və ya 500 q farş
1 ədəd kiçik doğranmış soğan
2 diş doğranmış sarımsaq
50 q "Bizim Tarla" soyulmuş, doğranmış pomidoru
100 q doğranmış göbələk
0,5 ç.q qurudulmuş kəklikotu
2 st. rəndələnmiş Mozzarella pendiri
Zövqə görə duz, istiot.

Hazırlanması:
Bir qabda un, şəkər tozu, quru mayanı və duzu qarışdırıb xəmir yoğurun. Əgər xəmir çox quru alınsa, su əlavə edib yumşaldın.
Hazır olandan sonra onun üzərini örtün və 1-2 saat isti yerdə saxlayın ki, acısın.
Ondan 8 kündə ayırıb qaba qoyun və üzərini paketlə örtün. İndi isə içliyi hazırlayaq.
Yağı vam odda isidin. Kolbasanı və ya farşı əlavə edin. Beş dəqiqə yağda qızadın.
Hazır olandan sonra bir kənara qoyun.
Soğanı da beş dəqiqəyə bişirin, üzərinə sarımsaq da əlavə edib bir qədər də bişirin.
Üzərinə duz, istiot və kəklikotu əlavə edib qarışdırın.
Ərzaqların hamısını qarışdırın – soğanlı qarışıqla əti və üzərinə də pomidorla göbələyi əlavə edin və 20 dəqiqə vam xodda suyu quruyanadək bişməlidir.Xəmiri kiçik şəkildə açın.
Hər xəmirin içinə içlikdən qoyun.Xəmiri şəkildəki kimi bükün.
Xəmirin qıraqlarını bükmək üçün çəngəldən də istifadə edə bilərsiniz.
Çəngəl vasitəsilə xəmirin bir neçə yerindən deşiklər açın ki, xəmir şişməsin.
Xəmirin üzərinə bir qədər zeytun yağı çəkin və üzəri qızaranadək sobada 220 dərəcə istilikdə bişirin.
Bişəndən sonra isti-isti üzərinə pendir əlavə edin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 5 300
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri