Lahmacun resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 11
Baxılıb: 8 131
Səs ver:
(səs: 10)
Tərkibi:
Xəmiri üçün:

1 ç/q quru maya
1 ç/q şəkər tozu
2 stəkan ilıq su
4 stəkan əla növ un
1 ç/q duz

Üstü üçün:
225 q çəkilmiş qoyun əti
1 ədəd orta ölçüdə soğan - xırda-xırda doğranmış
3 ədəd pomidor - qabığı soyulmuş, sulu hissəsi çıxarılmış və xırda-xırda doğranmış
1 dəstə xırda-xırda doğranmış cəfəri
2diş xırda-xırda doğranmış sarımsaq
1 x/q pul bibər.
2 ç/q-ı şirin qırmızı bibər tozu
zövqə görə duz
2 x/q soyuq su

Süfrəyə üermək üçün:
cəfəri, limon və ayran

Hazırlanması:
Əvvəcə xəmiri hazırlayın. Bir qabda maya, şəkər tozu, dir çimdik və 1/2 stəkan ilıq suyu maya həll olana qədər qarışdırın. Qoyun isti yerdə köpüklənənədək qalsın. 4 stəkan unu iri qaba ələyin. Üstünə 1 ç/q duz,
mayalı qarışığı əlavə edib qarışdırın (su nəqədər apardı) normal xəmir olmalıdır. Xəmiri 10 dəqiqə yoğurun. Hazır xəmir elastik olmalı və ələ yapışmamalıdır. Xəmirin üstünü sellofanla sərin və üstünü dəsmalla örtün. 1 saatlıq isti yerə qoyun ki, xəmir gəlsin.

İçi hazırlayın. Bunun üçün içə ayrılan ərzaqları bir qaba qoyub, yaxşı qarışanadək qarışdırın.
Gəlmiş xəmiri bir az un səpilmiş yerə qoyun 8 hissəyə bölün. Hissələri kündələyib ovcunuzla üstlərinə basaraq, bir az yastıladın. Sonra isə bu kündələrin üstünü sellofan və ya dəsmalla örtüb, 10 dəqiqəlik dincə qoyun.

Sonra isə kündələrin birini unlanmış yerdə 25 sm-lik çox nazik dairə əldə edənədək oxlovla açın və üstünə içdən yayın. Lahmacunu istinmiş sobada ət bişənədək, təxminən 10 dəqiqə bişirin. Bişən lahmacunu sobadan çıxardan kimi, kənarlarındakı xəmirə yağ sürtün (bu, kənarlarını yumuşaldacaq). Bir lahmacun bişənədək, digər kündələri də eyniylə edin. Lahmacunu isti-isti süfrəyə verin. Üstünə limon sıxıb, cəfəri qoyub yeyin. Süfrəyə ayran da verilir. (220º də bişir)

Nuş olsun!
(səs: 10)
Şərhlər: 11
Baxılıb: 8 131
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri