Meymun çörəyi resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 2 357
Səs ver:
(səs: 2)
Bu çörəyin niyə belə adlandırılması dəqiq bəlli deyil. Populyar izahlardan biri belədir ki, görünüşcə baobabın meyvəsinə oxşayır. Bu meyvəni də meymunlar çox sevirlər, hətta bu səbəbdən ağaca da elə "meymun ağacı" deyilir. Başqa variant: bu çörəyi meymunlar kimi, iri parçalar qopararaq yemək lazımdır, ona görə də belə adlanır.

İlk dəfə bu resept ötən əsrin 50-ci illərində Amerikanın qadın jurnallarında yayılıb. Müxtəlif variantları var. Orijinalda bu çörək şirindir: şəkər tozu və darçınla hazırlanır. Bizim təqdim etdiyimiz reseptdə isə sarımsaq və pendir var. Odur ki, duzlu bəyənməyənlər darçınla şəkəri seçsinlər.

Tərkibi:
Xəmir:

350 q un
250 ml su
1 x.q. şəkər tozu
1 ç.q. duz
1,5 ç.q. quru maya

İç:
70 q (1/3 paçka) kərə yağı
3-4 diş sarımsaq (az və ya çox ola bilər, zövqə görə)
1/3 ç.q. duz
100 q pendir

Hazırlanması:
Bu çörək üçün ortası deşik olan formalardan istifadə olunur.

İlıqdan bir az isti suda mayanı əridin, duz, şəkər tozu, un əlavə edib xəmir yoğurun. İsti yerə qoyub üstünü dəsmalla örtün.

Xəmir gələndə, 30-40 dəqiqə sonra, içi hazırlayın.

Yağı əridin, duz və əzilmiş sarımsaq əlavə edin. Pendiri sürtgəcin xırda gözündən keçirin.

Xəmirdən qoz boyda kündələr tutun.

Hər birini yağa batırın, çalışın, sarımsaq parçaları da ona yapışsın.

Kündələri formanın içinə bir lay düzün. Üstünə sürtgəcdən keçirilmiş pendir səpin.

Kündələrin qalanını da eyni qayda ilə düzün (göstərilən ərzaqdan 3 lay alınır, aralarına pendir səpin).

Forma dolandan sonra üstünə pendir səpin, isti yerdə 30 dəqiqə saxlayın. Sonra 180 dərəcə qızdırılmış sobaya qoyun. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın. Çörək təxminən 35-40 dəqiqəyə bişir.

Əgər görsəniz ki, pendir yanmağa başlayır, amma xəmir hələ bişməyib, üzərinə folqa çəkin, hazır olandan 5 dəqiqə əvvəl isə folqanı çıxarın ki, qızarsın.

Şəbəkənin üstündə soyudun. Dağılsa, qorxusu yoxdur, dadı dağılmayacaq.

Süfrəyə isti və ya soyuq verə bilərsiniz.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 357
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri