Kumpir resepti

Müəllif: Catwoman666
Şərhlər: 5
Baxılıb: 4 872
Səs ver:
(səs: 2)
Tərkibi:
250 q toyuq filesi
6 ədəd orta boy kartof
su
1 yerkökü
1 x.q. kərə yağı
1 armudu st. yaşıl noxud konservi
1 armudu st. sürtgəcdən keçirilmiş holland pendiri
cəfəri
duz
istiot

Hazırlanması:
Kartofları yuyun, qazana yığıb üzərinə çıxacaq qədər su tökün. 15 dəqiqə bişirin. Qazandan çıxarın, bıçaqla ortasını çərtin. Çay qaşığıyla kartofların içini bir qədər oyun, oyduğunuzu xırda doğrayın. Toyuq ətini və yerkökünü kubik doğrayın, kərə yağında qovurun. Doğradığınız kartofla qarışdırın, noxud, sürtgəcdən keçirilmiş holland pendiri, xırda doğranmış cəfəri, duz, qara istiot vurub qarışdırın, içini oyduğunuz kartofların içinə doldurun. Süfrəyə isti-isti verin.

Nuş olsun!
(səs: 2)
Şərhlər: 5
Baxılıb: 4 872
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri