Aqe tofu resepti

Müəllif: Catwoman666
Şərhlər: 3
Baxılıb: 2 394
Səs ver:
(səs: 0)
Tərkibi:
tofu - 200 qr. (soyadan ibarət proteinlə zəngin ərzaq)
buğda unu - 40 qr.
soya sousu - 35 ml
bitki yağı - 70 ml
limon suyu - 15 ml
küncüt yağı - ¼ ç.q.
şəkər tozu - 10 qr.
keşniş - 2 qr.
qırmızı soğan - 7 qr.
sarımsaq - 2 qr.
çerri pomidoru - 3 ədəd

Hazırlanması:
1. Tofanı 2 düzbucaqlı hissəyə bölün.
2. Kağız salfetlə qurulayıb una bələyin.
3. Tavaya bol bitki yağı töküb tofanı qızılı qabıq formalaşana kimi qızardın.
4. Qızardılmış tofanı kağız salfetlərin üzərinə düzün ki, artıq yağı süzülsün.
5. Sous hazırlayın - 35 qr. soya sousu, 35 qr. bitki yağı, 15 qr. limon suyunu qarışdırın. Ətir üçün bir neçə damcı küncüt yağı damcıladın. Qalınmış qatışığa xırda-xırda doğranmış qırmızı soğan, 2 qr. doğranmış keşniş və 10 qr. şəkər tozu əlavə edib çalın.
6. Hazır sousa 2 qr. sürtgəcdən keçirilmiş zəncəfil və 2 qr. sürtgəcdən keçirilmiş sarımsaq əlavə edin.
7. Çerri pomidorlarını iki bölüb hazır sousa qatın.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 394
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri