Toyuqdan tropik salat resepti

Müəllif: Catwoman666
Şərhlər: 2
Baxılıb: 1939
Səs ver:
(səs: 0)
Tərkibi:
toyuq - 450 qr.
karri - 1 ç.q.
duz - zövqə görə
yoqurt - 75 qr.
mayonez - 50 qr.
manqo - 1 ədəd
meyvəli çatni - 1 x.q.
kərəviz - 200 qr.
keşniş - zövqə görə
kahı - 200 qr.
badam - 2 x.q.

Hazırlanması:
1. Toyuğun döş ətini yaxşıca yuyun, xırda-xırda dilimləyib qurudun. Dərin tavada toyuğu qızardın, sonra azca su əlavə edib 10 dəqiqə duz və karri ilə vam alovda pörtün.
2. Manqonu təmizləyib dilimləyin.
3. Badamı doğrayıb qovurun.
4. Kərəvizi halqa-halqa doğrayın.
5. Sousu hazırlamaq üçün karri tozunu yoqurt, mayonez, çatni və laym suyu ilı çalın. Duzlayıb, istiotlayın.
6. Toyuq əti, manqo və kərəvizi qarışdırın. Üzərinə doğranmış keşniş, badam əlavə edib salata qatın.
7. Kahı yarpaqlarının üstündə süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1939
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri