Tamoqoyaki resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 291
Səs ver:
(səs: 1)
Tərkibi:
5 yumurta
1 x.q. soya sousu
1 x.q. bəyaz sirkə
4 qəhvə qaşığı şəkər tozu
1 qəhvə qaşığı duz
zeytun yağı

Hazırlanması:
Soya sousu, sirkə, şəkər tozu və duzu qarışdırın. Şəkər tam əriyənədək qızdırın. Soyudun.

Yumurtaları çalın və qarışığı əlavə edin.
Tavanı zeytun yağı ilə yağlayın. Yumurtanı tavaya nazik qat tökün və vam odda bişirin. Çəngəl, yaxud çubuqların köməyilə tavadaca rulet kimi bükün. Ruleti tavanın ortasına çəkin. Kənarına yenə yumurta qarışığını tökün, bişəndə yenə rulet kimi bükün. Beləcə, yumurta qarışığı bitənədək ruletlər bişirin. Nəticədə çoxqatlı rulet alınacaq.
Onu doğrayıb boşqaba qoyun.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 2 291
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri