Kimi-endo-an resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 2 019
Səs ver:
(səs: 1)
Tərkibi:
Kimi-an (sarı qarışıq):

6 yumurtanın sarısı
50 q şəkər tozu

Endo-an (noxudlu qarışıq):
200 q göy noxud
40 q şəkər tozu

Hazırlanması:
Yumurtaları suda bişirin. Sarılarını ayırıb ələkdən keçirin, şəkər tozu əlavə edib, qarışdırın.

Göy noxudun üstünə su töküb 15 dəqiqə, yumşalanacan qaynadın. Suyunu süzün, həvəngdə döyün, şəkər tozu əlavə edib ocağın üstə qoyün, qatılaşanadək daim qarışdırın. Kütlə qaynamalı, amma dibi tutmamalıdır. Bu pastanı böyük boşqaba yayın ki, həm tez soyusun, həm də rəngi parlaq yaşıl qalsın.

15x15 sm ölçüdə nazik pambıq parçanı, yaxud bir neçə qat cunanı suda isladıb yaxşıca sıxın. Üstünə bir qədər sarı, bir qədər də yaşıl qarışıqdan qoyun. Parçanı boğça kimi bükün, yuxarı hissəsini spiral kimi burun. Sonra ehtiyatla açıb boşqaba qoyun. Soyuyandan sonra çayla süfrəyə verin.
Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Kimi-endo-an resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 019
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri