Sərxoş almalar resepti - FOTO RESEPT

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1532
Səs ver:
(səs: 1)
Tərkibi:
4 ədəd alma (bərk, turş-şirin)
200 qr mal və ya donuz əti (yağsız)
1 ədəd kəvər soğanı (yalnız ağ hissəsi)
0,5 ç/q xardal toxumları
0,5 ç/q qurudulmuş kəklikotu
100 qr quşüzümü (dondurulmuş)
200 ml qırmızı şərab (kəmşirin)
0,5 ədəd limon qabığı
0,25 ç/q darçın (üyüdülmüş)
zövqə görə duz

Hazırlanması:
1. Mümkün qədər eyni ölçüdə olan olan almaların qabıqları soyulur (quyruğu qalmaqla). Dəlik açılaraq tumları və içinin yumşaq hissələri ehtiyyatla çıxarılır. Yumşaq hissələri boşqabda saxlanılır.
2. Ət hissələrə doğranılaraq ət-çəkən maşından keçirilir.
3. Kəvər soğanı xırda doğranılır, almaların yumşaq hissələri həmçinin xırda doğranılaraq soğanla qarışdırılır.
4. Ət qiyməsinə soğan, almalar, xardal toxumları, kəklikotu və zövqə görə duz əlavə edilərək qarışdırılır.
5. Alınan kütlə ilə almaların içi mümkün qədər sıx doldurulur.
6. Sous hazırlanır. Almaların bişəcəyi qazana quşüzümü, şəkər tozu, limon qabığı, darçın əlavə edilir və şərab tökülür. Qarışdıraraq qaynadılır.
7. Almalar qaynayan sousa əlavə edilir. Qazanın qapağı bağlanaraq az odda 20 dəqiqə bişirilir. Sonra qapaq çıxarılaraq əlavə 10 dəqiqə bişirilir.
8. Əgər hövsələniz çatsa almaları sousda saxlayaraq bir günlük soyuducuya yerləşdirə bilərsiniz. Və ya bişən kimi isti-isti süfrəyə vermək olar.
9. Bu cür yemək həmçinin bayram süfrələrinizi bəzəyə bilər.

Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT

Sərxoş almalar resepti - FOTO RESEPT

Nuş olsun!
(səs: 1)
Şərhlər: 4
Baxılıb: 1532
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri