Ev şəraitində dönərin hazırlanması...

Müəllif: Pure Love
Şərhlər:
Baxılıb: 23530
Paylaş:
Səs ver:
(səs: 9)

ƏRZAQLAR


1 NƏFƏR ÜÇÜN.

İstənilən növ sümüksüz və yağsız ət (mal,quzu,toyuq və s)

1 ədəd dönər çörəyi (Çörək iri olarsa yarı bölün)

3 ədəd ortaboy soğan (2-si sous,1-i dönər üçün)

2 diş sarımsaq 

kəklikotu

zeytun yağı

duz

istiot 

sumaq

moyanez

ketçup

1 pomidor 

1 xiyar 

bir qədər kələm (zövqə görə) və ya doğranmış cəfəri(petruşka)

1/2 xiyar turşusu

 

 

alt

 

 

HAZIRLANMASI:


1)İlk olaraq sous hazırlanır.Bunun üçün

2 ədəd soğan,sarımsaq,kəkotu,bir qədər zeytun yağı,duz,istiot,sumaq qarışdırılır və hamısı birlikdə blenderdən keçirilir.Bu zaman göstərilən ərzaqlar həm xırdalanır,həm də qarışır.Blender olmasa verilən ərzaqları xırda doğrayaraq qarışdıra bilərsiniz.

2)Ətlər çox qalın olmayan laylar şəklində doğranır.(İri ölçülü kolbasa kimi).Sonra hazırlanmış sous(1) ətlərin üzərinə əlavə edilir.Ətlərlə birgə yaxşıca qarışdırılır.2—3 saat kənara qoyulur ki,sousun dadı ətə hopsun və ətlər bişdikdən sonra daha ləzzətli olsun.

3)Sobanın içərisindəki gril çubuğu götürülür.Və ətlərin hər birinin mərkəz hissəsi qril çubuğuna keçirilir.Bir-birinə sıxlaşdırılmış şəkildə üst-üstə yığılır.Və sobanın qril rejimində bişirilir.

4)Ətlər bişənə qədər tərəvəzlər hazırlanır.1 ədəd soğan yarım halqa şəklində doğranır.Soğanı duz və sumaqla ovanda daha ləzzətli olur.Pomidor və xiyar halqavari,kələm nazik və uzun şəkildə,xiyar turşusu xırda kub şəklində doğranır.

5)Ətlər bişdikdən sonra qril çubuğu ilə birgə sobadan çıxarılır.1 ucu hər hansı bir boşqabın üzərinə qoyulur.(Şaquli və ya perpendikulyar istiqamətdə).Yəqin ki, dönərxanada dönər ətinin necə kəsildiyini görmüsünüz.Eyni qayda ilə ətlər kənardan başlamaqla kəsilir.Yəni ətlər qrildən çıxarılmadan kənarlardan başlanaraq doğranılır.

6)Dönər çörəyi aralanır.İçərizinə moyanez çəkilir.Ketçup vurulur.Doğranmış ətdən bir qədər qoyulur.Doğranıb kənara qoyulmuş kələm,pomidor,xiyar,soğan,xiyar turşusu hərəsindən bir qədər olmaqla çörəyin arasına yerləşdirilir.İsti-isti süfrəyə verilir.

 

NUŞ OLSUN!


 

Redakte etdi: Pretty girl


loading...
(səs: 9)
Şərhlər:
Baxılıb: 23530
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook