Badımcan bükməsi

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 270
Səs ver:
(səs: 0)
Badımcan bükməsi


 Tərkibi:

2 ədəd iri badımcan

200 qram vetçina

3 ədəd  soyulmuş pomidor

 1 ədəd iri kök

Bitki yağı

 narın xörək duzu

 

Hazırlanması:

    Əvvəlcə badımcanları lay-lay doğrayırıq.

 

 Bir qaba yığıb duzlayırıq və 20 dəqiqə gözlədirik.

 

        Pomidoru doğrayırıq, kökü sürtkəcin xırda gözündən keçiririk. Vetçinanı nazik formada doğrayırıq.


Tavaya yağ əlavə edib, kökü qovururuq.

 

   Pomidoru əlavə edib suyu çəkilənədək bişiririk

 

 Badımcanların hər iki üzünü qızardırıq.

 

 Qızardılmış badımcanların üstünə içlik və vetçina qoyub bükürük.

 

 Hazır bükmələri zövqə görə servis edə bilərsiz.


Nuş Olsun!


Redakte etdi:Pretty girl

(səs: 0)
Şərhlər: 1
Baxılıb: 3 270
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri