Tərəvəz marinadlı balıq qızartması

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 052
Səs ver:
(səs: 1)
Tərkibi:
500 q balıq (ağ balıq, xek, treska)
2 yerkökü
1 baş soğan
30 q tomat pastası
30 q kərəviz kökü
1-2 ç.q. şəkər tozu
2 x.q. alma, yaxud üzüm sirkəsi
un (balığı batırmaq üçün)
qızartmaq üçün bitki yağı
1 dəfnə yarpağı
1/5 ç.q. darçın
3 mixək
5 dənəvər qara istiot
duz

Hazırlanması:
Yerkökünü təmizləyib sürtgəcin iri gözündən keçirin (yaxud koreya üsulu yerkökü üçün olan sürtgəcdən). Kərəvizi də təmizləyb sürtgəcdən keçirin, yerköküylə qarışdırın.
Soğanı təmizləyib yarımhalqa doğrayın, ayrı qaba yığın.
Tavanı orta itilikli ocağın üzərinə qoyun, azca yağ töküb soğanı şəffaflaşanadək qovurun. Yerköküylə kərəvizi əlavə edin, 10 dəqiqə qovurun. Soğan açıq-sarı rəngdə olmalıdır. Tomat pastası əlavə edib daha 7-10 dəqiqə bişirin. 2 st. qaynanmış isti su, sirkə, istiot, darçın, mixək, şəkər tozu və duz əlavə edin. 15-20 dəqiqə bişirin, sonra dəfnə yarpağını salın.
Marinad hazır olanadək balığı qızardın.
Balığı doğrayın, qabırğa sümüklərini çıxarıb atın, duzlayın, una batırın.
Tavanı orta itilikli odda qızdırın, azca yağ töküb balıq tikələrini hər iki üzü qızılı rəng alanadək qızardın.
Qızarmış tikələri marinad olan tavaya düzün, çəngəllə üstündən basıb “batırın”. Tavanı vam ocağın üstünə qoyun, qapağını örtün, 10 dəqiqə bişirin. Sonra ocağı söndürün. 10-15 dəqiqə saxlayın.
Süfrəyə bişmiş kartof, kartof püresi, düyü və ya qarabaşaq dəmləməsi ilə verə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 052
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri