Soğanlı makaron

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 3 721
Səs ver:
(səs: 1)
Makaron hər vaxt soğansız edilən bir yeməkdir. Hardasa bütün yeməklər soğanlı edilməkdədir. Ancaq makarona soğan çox da qatılmamaqdadır. Bu səbəblə dadı gözəl olan və qətiliklə orijinal olan bir soğanlı makaron tərifi verəcəyəm. Verəcəyim tərif ilə bu günə qədər niyə makarona soğan qatmamışıq deyə düşünəcəksiniz.

Tərkibi:
Bir paket spagetti
Bir orta boy soğan
İki diş sarımsaq
Yarım limon
Bir yarım yemək qaşığı sous
Yarım su stəkanı su
Qırmızı bibər
3 orta boy pomidor
1 çay qaşığı duz
1 çay qaşığı kəklik
2 çay qaşığı sumaq

Hazırlanması:
Makaronları isti suya qırmadan atın. Və bişənə qədər qaynadın. Spagettileriniz bişdikdən sonra qətiliklə soyuq su ilə durlamayın. Makaron edərkən edilən ən böyük səhv də makaronların soyuq su da qaynadılmasıdır. Bu vəziyyətdə ediləcək iki yol vardır. Birincisi makaron istiykən birbaşa sousla görüşdürmək. İkincisi isə makaronun isti suyunun içinə İki su stəkanı qədər də soyuq su qatmaq və makaronu dəmləmək, ortalama beş dəqiqə sonra süzməkdir.

Makaron sousunuzu edərkən isə əvvəlcə bir şorba qaşığı duru yağı qatmalısınız. Ardından kub-kub doğradığınız soğanlarınızı öldürməlisiniz. Soğanlarınızı öldürdükdən sonra acılıq tələbinizə görə nizamladığınız bibərləri kub-kub doğrayaraq soğanın yanına öldürmək üçün atmalısınız. Bibərlərdə bir az öldükdən sonra sarımsağınızı döymədən yalnız incə incə doğramalı və bu qarışığa qatmalısınız. Ardından qarışığınızın üzərinə yarım limonu sıxaraq sumaq əlavə etməli və qaşıqla bir az qarışdırmalısınız. Ardından qarışığınıza üç pomidoru rəndələməli və üzərinə sousunuzu qatmalısınız. Sous üzərinə əlavə edəcəyiniz su ilə sous yaxşıca yumşalaraq sous konsistensiyasını alacaq. Sous sous konsistensiyasını almağa başladıqdan sonra duz, kəklik və sumağınızı da əlavə etməlisiniz. Sousunuz bir az daha qazın üzərində qaynadıqdan sonra altını bağlayaraq xidmət etməlisiniz. Diləsəniz sousunuz bişdikdən sonra üzərinə cəfəri də doğraya bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 721
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri