Pendirli pide

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 3 852
Səs ver:
(səs: 0)
Tərkibi:
Yarım çay stəkanı maye yağ
3 yemək qaşığı qatıq
150 ml ilıq su
40 qr yaş maya
4 su stəkanı un
1 şirin qaşığı duz
1 şirin qaşığı şəkər
Ağ pendir
4 orta boy quru soğan

Hazırlanması:
Pendirli pideyə ilk olaraq xəmirini etməklə başlayın. Dərin bir qaba unu, qatığı və maye yağı qoyun. İlıq suyun içinə mayanı qoyub maya əridikdən sonra onu da qabın içinə qoyun. Şəkər və duzu da əlavə edib xəmiri yoğurmağa başlayın. Yaxşıca yoğurduqdan sonra üzərini örtüb mayalanmasını gözləyin.
İçini hazırlayarkən ağ pendir və incə incə doğranmış quru soğanı əlinizlə gözəlcə qarışdırın. Xəmir mayalanınca xəmiri 15 bərabər parçaya bölün. Daha sonra hər bir xəmiri pide şəklində açın.
Ardından içinə pendirli paydan qoyub kənarlarını üstünə bağlayın və yaxşıca yapışdırın. Pideləri hazırladıqdan sonra 200 dərəcə sobaya qoyun. Üzərləri qızarana qədər bişirin. Sobadan çıxardıqdan sonra üstündəki xəmir qisimlərə kərə yağı çəkin. Ardından dilimləyərək servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 3 852
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri