Badımcandan ibarət pizza

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 054
Səs ver:
(səs: 0)
Tərkibi:
2 ədəd badımcan,
3 ədəd pamidor,
100 q Holland pendiri rəndəsi,
5 dilim dana jambon,
2 diş sarımsak,
Təzə və ya quru reyhan.
İstiot, Duz,

Hazırlanması:
Əvvəlcə badımcanları yuyun.
Bir qabda duzlu su hazırlayın.
Badımcanları bir barmaq qalınlığında kəsib hazırladığınız duzlu suya qoyun. Bir az duzlu suda qalsın.
Daha sonra badımcanları sudan çıxarın və badımcanları qurudun.
Bir fırçanın köməyi ilə hər iki tərəfini duru yağla yağlayaraq soba qabına yığın.
Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada 15-20 dəqiqəyə yaxın bişirin.
Badımcanlar sobada bişərkən bir az yağda kiçik-kiçik doğradıqınız sarımsaqları və daha sonra isə kubik şəklində doğradığınlz pomidorları da acazıq qovurun.
Ocaqdan götürdükdən sonra içərisinə incə doğranmış təzə reyhan və ya quru reyhan əlavə edin.
Rəndələdiyiniz holland pendirini də əlavə edin.
Bundan sonra hazır malzamələri qarışdırın.
Bu qarışığı soba qabında olan badımcanların üzərinə əlavə edin.
Servis etməzdən 10 dəqiqə əvvəl 180 dərəcə qızdırdığınız sobada bişirin.
İsti halda süfrəyə təqdim edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 2 054
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri