Qabaq ilə qraten

Müəllif: arzum-aysum
Şərhlər: 4
Baxılıb: 339
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi (4-6 pay):

1 kq qabaq
1-2 pomidor
100 q bərk pendir
500 ml süd
60 q kərə yağı (+20 q üzərinə)
1 x.q. un
bitki yağı (formanı yağlamaq üçün)
muskat cevizi
duz
istiot

Hazırlanması:
Qabaqları 0,5 sm qalınlıqda fal-fal doğrayın. Sinini bitki yağı ilə yağlayıb qabaqları içinə düzün. 180 dərəcə qızdırılmış sobada 10 dəqiqə, qızılı rəng alanadək bişirin. Əgər şəbəkə varsa, onun üzərində bişirmək daha yaxşıdır.
Qabaqların yarısını odadavamlı qaba (28x28 sm) yığın. Duz-istiot vurun. Üzərinə doğranmış pomidor düzün.
Beşamel: kərə yağını əridin, un səpib yaxşıca qarışdırın. Lopa qalmasın. Nazik axınla südü əlavə edin, duz, istiot, muskat cevizi qatıb vam odda qatılaşanadək qarışdıra-qarışdıra bişirin.
Pendiri sürtgəcdən keçirin. Sousu pomidorların üzərinə gəzdirin. Pendirin yarısını səpin. Qabaqların qalanını da döşəyin, duz-istiot vurun. Pendirin qalanını üstünə səpin.
280 dərəcə qızdırılmış sobada 15 dəqiqə bişirin.

Nuş olsun!

Qabaq ilə qraten

Qabaq ilə qraten

Qabaq ilə qraten

Qabaq ilə qraten

loading...
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 339
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Dilaycan
Yemek olar......
28 oktyabr 2016 19:14
4
Sənin səssizliyini anlamayan, yəqin ki sənin sözlərini də anlaya bilməyəcək... Demək istədiyim, yorma özünü..
Offline
vipbetul
xosuma gelmedi terkibi
17 sentyabr 2016 09:34
3
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
BARBI
Beyendim. Kabackini xoslayiram. Leziz gorsenir
16 sentyabr 2016 22:22
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
MODABAZ
Qabaq hec xowlamıram ona gore reseptı beyenmedım
16 sentyabr 2016 21:43
1
Heyata daim gulmek lazimdii

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv