Avstraliya üsulu ət piroqu

Şərhlər: 5
Baxılıb: 368
Paylaş:
Səs ver:
(səs: 0)
Tərkibi (4-6 pay):

ətli içlik:
300 q mal əti
1 baş soğan
1 diş sarımsaq
1,5 st. un
acı və ətirli istiot (zövqə görə)
1 x.q. vuster sousu
100 ml bulyon və ya su
2 budaq kəklikotu
göbələk (zövqə görə)
bitki yağı (qovurmaq üçün)
1 çimdik duz
1,5 yarpaq hazır qat-qat xəmir

ovuntuq xəmir:
200 q un
100 q kərə yağı
1-2 x.q. buz kimi su
1 çimdik duz

Əlavə:
yumurta sarısı
küncüt

Əti xırda doğrayın, istiot (ağ və qara) və duz qatılmış una hərtərəfli batırın (bunu paketdə etmək daha asandır).
Bitki yağında qovurun. Hərtərəfli qızarmış ətə xırda doğranmış soğan, əzilmiş sarımsaq, kəklikotu yarpaqları qatıb bulyon tökün (ət, yaxud tərəvəz bulyonu, qaynar su da olar). Ət tam hazır olunca bişirin. Soyudun.
Kərə yağını bıçaqla doğrayın, otaq temperaturunda bir qədər yumşaldıqdan sonra unla duzu qatıb döyün, sonra buz kimi suyu əlavə edib əlüstü qarışdırın və kündə tutub istifadə edecəyinriz vaxta qədər soyuducuya qoyun. Xəmir yumşaq və elastik alınmalıdır.
Xəmiri iki yerə bölüb hər birini formaların içinə döşəyin. Kənarlarını qaldırın. İçi yerləşdirin.
Əvvəlcədən otaq temperaturunda saxlanılıb donu açılmış qat-qat xəmiri yayıb həmin formalar üçün "qapaq" kəsin. Bu "qapaq"ları için üzərindən yerləşdirib ovuntuq xəmirlə kənarlarını birləşdirin. Üzərinə yumurta sarısı çəkib küncüt səpin.
Qat-qat xəmirin üzərində xörəyin buxarının çıxması üçün çəngəllə deşiklər açın. 200 dərəcə qızdırılmış sobada təxminən 20 dəqiqə bişirin (xəmir tam bişənədək).

Adətən belə piroqu süfrəyə yaşıl noxuddan hazırlanmış püre-şorba, həmçinin pomidorlu, yaxud nanəli sousla verirlər.

Nüş olsun!

loading...
(səs: 0)
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Dilaycan
Gobelek varsa menlikdir...
28 oktyabr 2016 18:51
5
Sənin səssizliyini anlamayan, yəqin ki sənin sözlərini də anlaya bilməyəcək... Demək istədiyim, yorma özünü..
Offline
vipbetul
gobeleki cixsaq dadli olar
24 oktyabr 2016 19:39
4
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Barbaris
beyendim lap istedim
24 oktyabr 2016 16:02
3
Heçkim Senden Artıq Deyil...!Nede Sen Heç Kim'den Artıq Deyilsen...!Yixildin, Dur...Vuruldun, Vur.. Heyat Acımasızdır, Sende Acıma...!
Offline
BARBI
Terkibini sevdim.Fikrimce cox lezzetli resept olar.Bisirmeye deyer lezzetdi
24 oktyabr 2016 15:30
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
YalniZ-ArZu
cox dadli olar beyendim...ancaq "ovuntuq xemir" nedir bilmedim, 26 reseptde bir xemir var o da qat qat xemirin terkibindedir.
24 oktyabr 2016 14:38
1
Adətən həyatda 3 sandığımız olar.1-cehiz sandığımız,2-adam sandığımız,3-söz veribdə tutar sandığımız.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınlar.Biz həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv

Facebook