Kartoflu kirpilər

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 1 812
Səs ver:
(səs: 0)
Tərkibi (30 ədəd):
500 q bişmiş kartof
1 yumurta
1 iri soğan
1 iri yerkökü
4 x.q. un
50 q bərk pendir
duz
istiot
1 çimdik muskat cevizi

Hazırlanması:

Kartofdan püre hazırlayın. Tam soyudun (əks halda kotletlər dağıla bilər).

Soğanı xırda doğrayın, yerkökünü sürtgəcdən keçirin. İkisini birlikdə 10 dəqiqə qovurun.

Pendiri sürtgəcdən keçirin.

Kartof püresini soğan, yerkökü, un, pendir və yumurta ilə qarışdırın. Zövqə görə ədviyyat əlavə edin.

Formanın içinə perqament döşəyin. Qarışıqdan yarım qaşıq götürərək üzərinə düzün.

180 dərəcə qızdırılmış sobada 30 dəqiqə, qızılı rəng alanadək bişirin.

Xəmirə göbələk, qarğıdalı, göyərti, kolbasa və s. də vura bilərsiniz. Un əvəzinə narın suxarı götürə öilərsiniz.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 812
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri