Toyuq əti və göbələklə ştrudel

Müəllif: Pure Love
Şərhlər: 5
Baxılıb: 2 112
Səs ver:
(səs: 0)
Tərkibi (6-8 pay):

xəmir:
260 q un (+ yoğurmaq üçün də bir qədər)
1 yumurta
2 x.q. bitki yağı
1 çimdik duz
120 ml otaq temperaturunda su

iç:

1 kq toyuq budu (sümüksüz və dərisiz)
250 q şampinyon
150 q bərk pendir
3 diş sarımsaq
1 dəstə cəfəri
4 x.q. narın suxarı
duz
istiot

Xəmir: Unu duzla qarışdırıb ortasında çuxur açın. Yağ, su, yumurtanı bu çuxura töküb unu qıraqlardan ortaya gətirməklə xəmir qatın.
Masanın üzərinə 1 x.q. un səpib xəmiri üzərinə qoyun və yoğurun. Yumşaq, elastik, ələ yapışmayacaq hala gələnədək yoğurun. Xəmir bərk olmamalıdır. Ləyənçəyə qoyub üzərinə qida plyonkası çəkin. Soyuducuda 30 dəqiqə saxlayın.

İç:
Əti quşbaşı, göbələyi fal-fal doğrayın. Pendiri sürtgəcin iri gözündən keçirin. Sarımsaqla cəfərini xırda doğrayın.
İti odda bitki yağını qızdırıb əti 1-2 dəqiqə olmaqla hissə-hissə qızardın. Qaba yığın.
Eyni tavada göbələyi yumşalınca qovurun. Toyuğa əlavə edib iç üçün olan digər ərzağı da qatın (suxarıdan savayı). Duz-istiot vurub qarışdırın.
Növbəti addımda xəmiri yayıb dartmaq lazımdır.
Masanın üzərinə kətan dəsmal (50x70 sm) sərib üzərinə un səpin. Ortasına xəmiri qoyub oxlovla dəsmalın ölçüsündə yayın. Bundan artıq yaymaq mümkün olmadığından xəmiri əlinizlə dartmalı olacaqsınız. Əgər xəmiri düzgün yoğurmusunuzsa, yaxşı dartılacaq. Amma çalışın, xəmiri cırmayın.
Napnazik yayılmış düzbucaqlı xəmirin kənarlarından 2 sm, sağ tərəfindən isə 20 sm saxlamaqla üzərinə narın suxarı səpin.
Suxarının üzərinə içi yerləşdirin.
Dəsmalın kənarını qaldıraraq xəmirin təmiz (suxarısız) qaldığı yerə doğru rulet kimi bükün.
Ruletin kənarlarını bitişdirin. Perqament döşənmiş formaya qoyun.
Üzərinə ərinmiş kərə yağı çəkin. 200 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin.
Hazır ştrudeli sobadan çıxarandan sonra 10 dəqiqə soyudun. Sonra doğrayıb süfrəyə verin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 2 112
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri