Soğanlı pendirli börək

Müəllif: Pure Love
Şərhlər: 11
Baxılıb: 3 514
Səs ver:
(səs: 0)
Tərkibi:
2 ədəd xəmir
4 xörək qaşığı zeytun yağı
4 ədəd soğan
250 qr ağ pendir
1 çay qaşığı istiot
1 stəkan süd
1 ədəd yumurta
½ stəkan zeytun yağı
1 ədəd quru qırmızı bibər
2 xörək qaşığı quş üzümü
1 xörək qaşığı çörək otu

Hazırlanması:
Bişirmədən əvvəl sobanı 200 dərəcə isinməyə qoyun. 4 ədəd soğanı yarım halqalar şəkilində doğrayın. Soğanları 4 xörək qaşığı zeytun yağında 10-15 dəqiqə qovurun. Soğanlar qəhvə rənginə dönüşüb yumşalandan sonra götürün. Sonra içinə 2 xörək qaşığı quş üzümü, 1 çay qaşığı istiot və incə- incə doğranmış qırmızı bibəri əlavə edin. Balaca cam qaba yumurta, süd və ½ stəkan zeytun yağını əlavə edib çalxalayın. Hazırladığınız bu sous börəyin içinin yumşaq, üstünün xırtıldayan olmasına kömək edəcək. Soba qabını yağlayın, xəmirin birini iki qatlayıb yayın, üzərinə bu sousdan hərtərəfli tökün. 250 qr ağ pendiri kub şəkilində doğrayıb əlavə edin. Pendir duzlu olduğundan artıq duza ehtiyac yoxdu. İkinci xəmiri aralarına sousdan tökərək qat-qat yayın. Üzərinə 1 xörək qaşığı çörək otu səpin. Sobaya qoyub yarım saat bişirin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 11
Baxılıb: 3 514
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri