Kiyev kotleti - FOTO RESEPT

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 5 526
Səs ver:
(səs: 0)
Ərzaqlar:
500 qr toyuq filesi (çəkilmiş)
60 qr kərə yağı
Şüyüd
2-3 diş sarımsaq
Duz, istiot
3 ədəd yumurta
Suxarı
Un
Kərə yağı

Hazırlanması:
Əvvəlcə içliyi hazırlayırıq. Bunun üçün sarımsaq və şüyüdü (zövqə görə) xırda-xırda doğrayırıq və yağla qarışdırırıq. Soyuducuya qoyuruq.
Çəkilmiş toyuq ətinə duz, istiot vurub yaxşıca qarışdırırıq. Əti 10 hissəyə bölürük. Əllərimizi isladıb əti əlimiz ilə yastılayırıq. Hər ətə bir qaşıq içlik qoyub kotlet formasına salırıq. İçliyi zövqünüzə görə seçə bilərsiniz (pendir, göbələk cə s.). Hazır kotleti əvvəlcə una batırırıq. Sonra çalınmış yumurtaya və suxarıya. Daha sonra yenidən yumurtaya batırıb sonda bir daha suxarıya batırırıq. Vaxt itirmədən qızdırılmiş yağda qızardırıq və soba nimçəsinə düzüb 180C dərəcə qızdırılmış sobada 15 dəqiqə bişiririk.

Kiyev kotleti - FOTO RESEPT



















Nuş olsun!
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 5 526
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri