Eçpoçmak - foto resept

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 5 086
Səs ver:
(səs: 1)
Ərzaqlar:
İçlik:

Mal əti – 600 qr
Soğan – 2 ədəd
Kartof – 400 qr
Kərə yağı – 50 qr
Duz – 2 ç/q
İstiot

Xəmir:
Un – 4 st
Su – ½ stəkan
Smetan – 5 x/q
Kərə yağı – 5 x/q
Duz – 1 ç/q

Eçpoçmak - foto resept











Hazırlanması:
Xəmir üçün unu ələyib ortasında çuxur açırıq, ərzaqları əlavə edib elastik xəmir yoğururuq. Büküb soyuducuya qoyuruq.
İçlik üçün soğanı xırda doğrayıb duz səpirik, əlimizlə bir az əzib digər ərzaqları hazırlayana qədər kənara qoyuruq. Əti 0,5 sm qalınlığında kub şəklində doğrayırıq. Ətçəkən maşında çəkmək də olar. Kartofu soyub ətlə bərabər ölçüdə doğrayırıq. İçlik üçün olan bütün ərzaqları qarışdırıb istiot vururuq.
Xəmiri 10 hissəyə bölürük və hər kündəni 15-17 sm böyüklüyündə yayırıq. İçliyi hər hissəyə tək tək qoyub şəkildəki kimi üçbücaq şəklində bükürük. Ortasını dəlik buxarırıq. Bulyon tökmək üçün. Soba nimçəsini yağlayırıq , peroşkiləri düzüb üzərinə yumurta sarısı çəkirik. 200C dərəcə qızdırılmış sobada 1 saat bişiririk. Bişən zaman peroşkilərin içində ətin qaynayan suyu görünməlidi. Əgər bu yoxdursa qaynar ət suyu əlavə etmək lazımdır. Olmazsa qaynar bir az duzlu su əlavə etmək olar.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 9
Baxılıb: 5 086
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri