Bruschetta - Italyansayağı qəlyanaltı

Müəllif: Son Bahar
Şərhlər: 1
Baxılıb: 2 427
Səs ver:
(səs: 1)
Əsasən ana yeməkdən öncə taxta qablarda servis edilir. Bu gün sizə evdə də asanlıqla hazırlaya biləcəyiniz Bruschetta resepti təqdim edirik.

Tərkibi
2-3 ədəd pomidor
1 ədəd soğan
təzə reyhan
zövqə görə qızardılmış badımcan
mozzarella pendiri
1 diş sarımsaq (keçirilmiş)
5-6 yemək qaşığı duru yağ və ya zeytun yağı
duz
zövqə görə hisə verilmiş qızıl balıq (balıq üçün təzə çüyüd)
italyan üsulu çörək

Hazırlanması
Çörəyi orta qalınlıqda kəsirik. Sobada və ya tavada iki tərəfini də çox qızartmadan və qaraltmadan qızardırıq. Zeytun yağı və sarımsağı bir qabda qarışdırırıq. Bu qarışığı isti çörəklərin üstünə fırça ilə çəkirik. Pomidor, soğan və bir neçə reyhan yarpağını xırda xırda doğrayıb duz əlavə edib qarışdırırıq. Çörəyi bu qaşırıqla, qızıl balıqla və pomidor-mozzarella pendiri ilə servis edə bilərsiniz.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 427
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri