Siciliya spagettisi – tunes balıqlı İtalyan makaronu resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 411
Paylaş:
Səs ver:
(səs: 1)
Tərkibi:
500 qr spagetti
4 ədəd pomidor
100 qr yağda tunes balığı
yarım cəfəri yaxşıca doğranmış
limon qabığı - yarım limondan
4 xörək qaşığı zeytun yağı
istiot, duz

Hazırlanması:
İtalyan dilində “dişə görə” mənasını verən, “al dente” olana qədər spagettini bişirin. İdeal olaraq bişirildiyi zaman, o möhkəm, azca bərk olmalıdır (lakin həddən artıq yox). O, çoxlu miqdarda duzlu suda qaynadılmalı və süzülməlidir.
Pomidorları soyun, toxumlarını çıxarın və doğrayın. Sarımsaq əzin. Cəfərini yuyun və doğrayın.
Tunesi yağdan süzün və kiçik parçalara ayırın.
Tavanı qızdırın və sarımsağı qızardın, tunes, pomidor və istiot əlavə edin. Təxminən 10 dəqiqə qızardın.
Makaron əlavə edin, 4 dəqiqəyə qədər aşağı istilikdə qızardın və hər şeyi yaxşıca qarışıdırın.
Süfrəyə verilmə:
Üstünə cəfəri səpin və limon qabığı əlavə edin.

Nuş olsun!

(səs: 1)
Şərhlər: 2
Baxılıb: 411
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
Onun_Mələyi
spagettini çox sevirəmnyam resepti dəhşət dərəcədə çox sevdimnyamdadlı olacağına əminəm07 ama balığı ətlə də əvəz etmək olar08
təşəkkürlərr
22 dekabr 2017 12:28
2

- Dünyanın ən gözəl ritmi, Onun sənin üçün döyünən ürəyidirheart
Offline
BARBI
Baliqla yox etle olsa daha yaxsi olardi.Spagettini cox sevirem
22 dekabr 2017 10:22
1
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri