Pipe Rigate qırmızı sousda resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 1 607
Səs ver:
(səs: 0)
Tərkibi:
Pipe rigate 500 q,
çerri pomidor kubları 350 q,
yerkökü kubları 150 q,
motsarella kubları 50 q,
doğranmış soğan 5 q,
doğranmış göy soğan 1 dəstə,
zeytun yağı
3 xörək qaşığı,
şəkər - zövqə,
duz - zövqə görə,
qara istiot - zövqə görə.

Hazırlanması:
1) Soğanı yağda qızardın, çerri pomidorlarını, duzu və şəkəri əlavə edin.
2) Ayrıca tavada yerkökünü iki qaşıq zeytun yağında 2 dəqiqə qızardın, göy soğanla birlikdə pomidora əlavə edin.
3) Pipe rigateni "al dente" (makaronun bişmə vaxtını ötürmək olmaz. İtalyanlar həmin anı “al dente” – “dişə görə” adlandırırlar) vəziyyətinə gələnədək qaynadın, suyunu boşaldıb sous tavasına əlavə edin, ardından motsarellanı əlavə edin.

Baş aşbazın məsləhəti:
Yeməyin daha iştahaçıcı görünməsi üçün yerkökünü dairəvi şəkildə doğrayın, 3 dəqiqə qaynadın və pastanın üzərinə qoyun.

Ailəniz üçün məsləhətlər:
Pendirləri sınaqdan keçirmək istəyirsinizsə, motsarellanı kub şəklində doğranmış Aziaqo ilə əvəz edin. Bu yeməyinizə daha ləzzətli dad qatacaqdır.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 1 607
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri