Kəpənək makaronları Pollo de Funqi sousunda resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 1 987
Səs ver:
(səs: 0)
Tərkibi:
toyuğun döş əti,
makaron,
şampinyon,
parmezan pendiri,
baş soğan,
sarımsaq,
qaymaq,
ədviyyat qarışığı

Hazırlanması:
1. Makaronlar üçün qazana bir porsiyaya 800-1000 ml olmaqla su töküb odun üzərinə qoyun.

2. Toyuğun döş ətini qablaşdırmadan çıxardın, yuyun və qurudun. Şampinyonları qaba qoyun və üstünə su tökün. Toyuğun filesini dördbucaqlar şəklində doğrayın.

3. Qaynayan duzlanmış suya makaronları tökün və tam hazır olana qədər 7-10 dəqiqə qaynadın. Hazır olduqda kəpənəkləri süzgəcə tökün və suyunu süzün.

4. Soğanı təmizləyin və xırda-xırda doğrayın. Şampinyonların suyunu boşaldın, axar suda yuyun və dördbucaqlar şəklində doğrayın. Sarımsağı təmizləyin və bıçaq ilə əzin.

5. Orta odda qızdırılmış tavaya bitki yağını tökün və doğranmış fileni tavaya əlavə edin. Bir neçə dəqiqədən sonra soğan, şampinyon və sarımsağı da tavaya tökün. Tam hazır olanadək 3-5 dəqiqə qızardın. Qaymaq əlavə edin və 1-2 dəqiqə qatılaşanadək bişirin. Makaronları tavaya əlavə edin və qarışdırın.

6. Hazır yeməyi boşqaba qoyun, üzərinə parmezan pendirini əlavə edin. İstəyinizdən asılı olaraq göyərti ilə bəzəyin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 1 987
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri