Sitrus sousunda toyuq Sədri düyüsü ilə resepti

Müəllif: Mr. OffiCeR
Şərhlər: 8
Baxılıb: 1 883
Səs ver:
(səs: 1)
Tərkibi:
toyuq,portağal,
düyü,
kərə yağı,
yaşıl soğan,
konservləşdirilmiş tərəvəzlər qarışığı,
ədviyyatlar qarışığı

Hazırlanması:
1. Qazana bir porsiyaya 500 ml olmaqla düyü üçün su töküb odun üzərinə qoyun.

2. Portağalın qabığını sürtgəcin kiçik gözündən keçirdin. Sarı qata çatmayaraq yalnız üst narıncı qatı sürtgəcdən keçirdin.

3. Toyuğu qablaşdırmadan çıxardın, yuyun və quruladın. Toyuğu qaba qoyun, duzlayın, istiotlayın, üstünə portağalın suyunu sıxın. Ədviyyat və soku hər tərəfinə çəkin və 5 dəqiqə saxlayın.

4. Düyünü qaynayan duzlanmış suya tökün. Tam hazır olana qədər 7-10 dəqiqə qaynadın.

5. Orta odda qızdırılmış tavaya yağ tökün və toyuğu tavaya yerləşdirin. Toyuğu qızarana qədər 5-10 dəqiqə qızardın. Tavanın qapağını örtün və zəif odda daha 15 dəqiqə bişirməyə davam edin. Toyuğu bir neçə yerdən çəngəl ilə çərtərək bişib-bişməməyini yoxlayın. İçinin suyu şəffafdırsa, qanlı deyilsə, o artıq hazırdır.

6. Qarışıq tərəvəzlərin qabını açın və süzgəcə tökün. Yuyun və suyunun çəkilməsini gözləyin. Düyünü də qazandan süzgəcə tökün və ehtiyatla tərəvəzlərlə qarışdırın. İstəyinizdən asılı olaraq qarniri zeytun yağında azca qızardın və ya kərə yağı əlavə edin. Qızartmamaq da olar.

7. Qarniri toyuq ilə birlikdə boşqaba tökün və üzərinə bir çimdik sürtgəcdən keçirilmiş portağal qabığını səpin.

Nuş olsun!
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 1 883
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri