Tərkibi: 1 paçka spagetti makaronu 0,5 kq çəkilmiş mal əti 10 ədəd göbələk 1 baş soğan 1 bolqar bibər 1 x.q. tomat pastası zeytun yağı Parmeza pendiri üstə səpmək üçün duz, istiot, kekik otu, cirə
Hazırlanması: Baş soğanı xırda kəsib zeytun yağında qızardırıq 3-5 dəq. Göbələkləri 4 yerə bölüb əlavə edirik soğana. Bolqar bibəri xırda kub kəsib əlavə edirik. Çəkilmiş əti əlavə edirik və 10 dəq. qızardırıq. Əti taxta qaşıqla yaxşı ayırın ki, böyük tikələr qalmasın. Tomat pastasıni 3 x.q. suda qarışdırıb qatırıq və 15-20 dəq. bişiririk. Duz, istiot, kekik otu, cirə əlavə edirik. Sous bişənə gədər spagettini duzlu suda bişiririk. Qaba spagetti çəkib, üsdünə sous qoyuruq. Parməzan pendiri səpirik.