Qadınlar.biz türk mətbəxinin unudulmuş ləziz yeməklərindən biri olan Köpoğlu reseptini təqdim edir.
Tərkibi:
2 ədəd badımcan
2 ədəd kartof
2 ədəd pomidor
5 ədəd acı bibər
4 diş sarımsaq
4 x.q zeytun yağı
1 su stəkanı qatıq
1 ç.q toz pul bibər
Duz
Hazırlanması:
1.Kartofun qabığını soyub iri kub formasında doğrayın.
2. Badımcanın qabığını soyub iri kub formasında doğrayın, duzlayın və acısının çıxması üçün gözləyin.
3. Acı bibərin tumlarını təmizləyin, pomidorların qabığını soyub iri kub şəklində doğrayın.
4. Ardıcıllıqla və ayrı-ayrı doğranmış kartofu, badımcanı, acı bibəri, pomidoru zeytun yağında qızardın və böyük bir servis qabında üst-üstə düzün. Zövqə görə duzlayın.
5.Sarımsaqları qabığından ayırın, xırdalayın və qatığa əlavə edib qarışdırın. Sonra sarımsaqlı qatığı qızartmaların üzərinə gəzdirin.
6. Tavada zeytun yağını qızdırın, ocaqdan götürün və dərhal pul bibər əlavə edib qarışdırın. Qatığın üzərindən əlavə edin.
Köpoğlu hazırdır.