Qarğıdalılı ayran aşı resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 5
Baxılıb: 1 937
Səs ver:
(səs: 0)
Tərkibi:
1 su stəkanı buğda
Yarım su stəkanı qarğıdalı dənəsi
Yarım su stəkanı pörtmüş noxud
1 su stəkanı qatıq
2 su stəkanı su
Duz
Yarım çay stəkanı doğranmış təzə nanə

Hazırlanması:
Buğda qazana tpküb üzərini keçəcək qədər su əlavə edin və orta atəşdə inadı keçənə qədər bişirin. Qarğıdalı dənələri və pörtmüş noxudu əlavə edib 15 dəqiqə daha bişirin. Duz əlavə edib soyumağa buraxın.

Qatığı su ilə hamar hala gələnə qədər çalaraq şorbaya yavaş-yavaş əlavə edin və qarışdırın. İncə qıyılmış nanə əlavə edib xidmətə hazır hala gətirə bilərsiz!

Nuş olsun!
(səs: 0)
Şərhlər: 5
Baxılıb: 1 937
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri