Hünkar şorbası resepti

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 1 836
Səs ver:
(səs: 0)
Tərkibi:
1 ədəd böyük boy toyuq budu
1 xörək qaşığı kərə yağı
2 xörək qaşığı maye yağ
1 ədəd soğan
2 xörək qaşığı un
2.5 su stəkanı süd
2 su stəkanı toyuq suyu,
1 çay qaşığı duz

Üzəri üçün: 1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı maye yağ
1 şirin qaşığı toz qırmızı istiot
1 şirin qaşığı nanə

Hazırlanması:
Toyuq budunu qazana götürüb, üzərini örtəcək qədər isti su əlavə edin və duz əlavə edib, inadı keçənə qədər qaynadın. Ocaqdan götürüb toyuq budunu sudan çıxardın və didib sonra kənara alın. Ayrı bir yerdə kərə yağı və maye yağı qazana götürüb qızdırın. Kərə yağı çatanda çöp şəklində doğradığınız soğan əlavə edib, 2 dəqiqə qovurun. Un əlavə edib qoxusu çıxana qədər qarışdıraraq qovurun. Süd və toyuq suyu əlavə edib çırpma teli ilə çalaraq qarışdırın. Toyuğu əlavə edib 2 dəqiqə qaynadın və ocaqdan götürün. Duzunu nizamlayıb qarışdırın. Üzəri üçün kərə yağı və duru yağı tavaya alıb qızdırın. Toz qırmızı istiot və nanə əlavə edib bir iki çevirin. Ocaqdan götürüb və şorbanın üzərinə tökərək servis edin.

Nuş olsun!
(səs: 0)
Şərhlər: 6
Baxılıb: 1 836
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri